Modern.az

“ExxonMobil” Rusiyanı tamamilə tərk edir

“ExxonMobil” Rusiyanı tamamilə tərk edir

21 Aprel 2022, 23:45

ABŞ-ın “ExxonMobil” şirkəti iyunun 24-dək Rusiya bazarından tamamilə çıxmaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən yazıb.

 

Dünyanın ən böyük neft şirkətlərindən biri olan “ExxonMobil”in bu qərarına səbəb Rusiyanın Ukraynaya hücumu göstərilib. “ExxonMobil” şirkəti Rusiyadakı müxtəlif layihələrdən çıxdıqdan sonra yekun qərarını elan edəcək.

 

Agentlik, həmçinin bildirir ki, şirkət Rusiyadakı digər müəssisələrini, o cümlədən məşhur "Mobil" sürtkü yağlarının satışını iyunun 24-dək dayandırmağı planlaşdırır.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək