Cənubi Koreya ordusu aprelin 18-də iki sualtı qayıqdan buraxılan ballistik raketini sınaqdan keçirib.
Modern.az xəbər verir ki, bu barədə "Yonhap" informasiya agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Raketin sınaqlarının uğurla başa çatdığı bildirilir.
Məlumata görə, raket "Dosan An Chang Ho" adlı sualtı qayıqdan atılıb, təxminən 400 kilometr məsafədə uçub və şərti hədəfləri vurub.
Qeyd edək ki, aprelin 17-də Şimali Koreya da yeni taktiki silahların sınaqlarını keçirib.
Akif İsmayılov