Almaniya federal hökuməti Sovet dövründən qalma T-72 tanklarını Ukrayna Silahlı Qüvvələrinə təhvil vermək şərti ilə "Marder" döyüş maşınlarını və “Fuchs” zirehli transportyorlarını Sloveniyaya təhvil verməyə hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın N-TV telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Sloveniya Almaniyadan daha müasir hərbi texnika, o cümlədən "Leopard 2" tankı, "Puma" və "Boxer" zirehli maşınları da istəyib.
Almaniyanın müdafiə naziri Kristina Lambrext bildirib ki, Bundesver Ukrayna hərbçilərinə PzH 2000 özüyeriyən artilleriya qurğusunu idarə etmək üçün təlim keçməyi planlaşdırır.
Akif İsmayılov