Modern.az

Rusiyanın hücumları dəf edildi - Son sutkadakı itkilər

Rusiyanın hücumları dəf edildi - Son sutkadakı itkilər

22 Aprel 2022, 09:24

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın son sutkada verdiyi itkilər barədə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, bugünkü məlumata görə, Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya qoşunlarının 10 hücumu dəf olunub, nəticədə 6 tank, 8 zirehli texnika, 15 avtomobil texnikası və 4 artilleriya sistemi məhv edilib.

 

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri son sutka ərzində quru və zirehli tank qoşunları, dəniz piyadaları, milli qvardiya ilə birlikdə Rusiyanın 15 hədəfini - 9 PUA-sını ("Orlan-10"), 3 təyyarəsini ("Su-34", "Su-35", "Su-25") və 3 helikopterini (2 "Mi-8" və bir "Ka-52") məhv edib.

 

Məlumatda, həmçinin qeyd edilib ki, Ukraynanın Novoaydar şəhərindəki mərkəzi rayon xəstəxanasına Rusiyanın 50-dən çox hərbçisinin meyiti və 220 yaralı yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək