Modern.az

Kuril adası Rusiyanın ayrılmaz hissəsidir - PESKOV

Kuril adası Rusiyanın ayrılmaz hissəsidir - PESKOV

22 Aprel 2022, 14:32

Kuril silsiləsinin cənub hissəsinin dörd adası Rusiya Federasiyası ərazisinin ayrılmaz hissəsidir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Yaponiya XİN-nin iddialarını şərh edərkən deyib.

 

Peskov, həmçinin iki ölkə arasındakı sülh danışıqlarından bəhs edib: “Aydındır ki, indi Yaponiya dost olmayan ölkəyə çevrilib və Rusiya Federasiyasına qarşı bir sıra düşmənçilik aksiyalarına qoşulub, buna görə də, danışıqlar prosesinin davam etdirilməsi barədə danışmaq çox, çətindir”.

 

Xatırladaq ki, Yaponiya Xarici İşlər Nazirliyinin diplomatiyaya dair illik hesabatında Kuril adalarının cənub hissəsinin Rusiya tərəfindən qeyri-qanuni işğal altında olduğu qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək