Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə Mişel "Twitter" hesabında məlumat paylaşıb.
O söhbət zamanı Rusiya liderini Mariupol və digər şəhərlərdə Pasxa bayramı ilə əlaqədar humanitar dəhlizlərin açılmasına çağırıb.