Azərbaycanlıların Ağ evin saytında Xocalı soyqırımının tanıdılması ilə bağlı başladığı petisiyaya əks olaraq ermənilər də yeni kampaniyaya start verib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Ağ evin rəsmi veb-səhifəsində bu dəfə qondarma “erməni soyqırımı”nın tanıdılması üçün petisiya yerləşdirilib. Petisiyada ermənilər “soyqırımı”nın qəbul edilməsi üçün ABŞ prezidenti Barak Obamaya müraciət ünvanlayıblar.
Petisiyaya baxılması üçün 100 min imzanın toplanması tələb olunur.
Qeyd edək ki, bu ilin 24 aprel tarixində ermənilərin iddia etdiyi qondarma “erməni soyqırımı”nın 98-ci ili tamam olacaq.
Anar RÜSTƏMOV