Azərbaycan qazının nəqli üçün mühüm strateji və iqtisadi əhəmiyyətə malik Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara verildiyi tarixdən bu ilin aprelin 1-nə qədər 26,13 milyard kubmetr təbii qaz nəql edilib.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf özünün “Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, cari ilin 1-ci rübündə isə bu kəmərlə 4,01 milyard kubmetr Azərbaycan qazı Türkiyə və Avropa bazarına nəql olunub.