Modern.az

Putin Şarl Mişellə Qarabağı müzakirə etdi

Putin Şarl Mişellə Qarabağı müzakirə etdi

22 Aprel 2022, 17:00

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, danışıq zamanı Cənubi Qafqazdakı son vəziyyət müzakirə edilib.

 

Məlumata görə, Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin səylərinin iki ölkə arasında sülh razılaşmasına doğru hərəkətin göstəricisi kimi qiymətləndirib.

 

Kremldən verilən məlumatda bildirilib ki, tərəflər İrəvan, Bakı və Moskva tərəfindən imzalanan üçtərəfli razılaşmaların yerinə yetirilməsini vacib hesab edib.

 

Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Tərəflər sülh sazişi üçün ikitərəfli komissiyanın yaradılmasına razılaşıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək