Modern.az

Putin Zelenski ilə görüş üçün şərtini AÇIQLADI

Putin Zelenski ilə görüş üçün şərtini AÇIQLADI

22 Aprel 2022, 17:40

Rusiya Prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Volodimir Zelenskilə hansı şəraitdə görüşəcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, Prezident Putin bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib.

 

Putin Zelenski ilə mümkün görüşün Moskva və Kiyev arasındakı danışıqların nəticəsindən asılı olacağını vurğulayıb.

 

Xarici KİV-lərin yaydığı məlumatda qeyd olunur ki, Rusiya lideri Mişele Kiyevin qarşılıqlı məqbul həll yoluna hazır olmadığını söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək