Moskva və Kiyev arasında danışıqlar dalana dirənib, çünki iradlar nəzərə alınmaqla hazırlanan təklif cavabsız qalıb.
Modern.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Prezident Volodimir Zelenskidən Rusiyanın təkliflərinə münasibətini soruşduqda, o dedi ki, biz heç nə almamışıq. Vəziyyətə nə qədər nəzarət etdiyini mühakimə etmək mənim işim deyil, lakin bu, prosesin hara getdiyinin aydın təzahürüdür", - deyə Lavrov Kiyevlə danışıqlardan söz açıb.
Qeyd edək ki, bu yaxınlarda Rusiya tərəfi Ukraynaya sülhlə bağlı təkliflər paketi göndərib. Prezident Volodimir Zelenski mediaya açıqlamasında belə bir sənədi görmədiyini vurğulayıb.