Modern.az

Fransa İŞİD-i məhv edən “Sezar”ı Ukraynaya göndərir

Fransa İŞİD-i məhv edən “Sezar”ı Ukraynaya göndərir

22 Aprel 2022, 18:14

Fransa Ukraynaya "Sezar" adlı özüyeriyən artilleriya qurğuları tədarük edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “Ouest-France” qəzetinə müsahibəsində bildirib.

 

"Biz koordinasiyalı hərəkət edirik. Dünən kansler Olaf Şoltsla bu barədə danışdım. "Sezar" kimi mühüm avadanlıq və müxtəlif silahlar çatdırırıq. Hesab edirəm ki, biz bu yolu davam etdirməliyik", - deyə o bildirib.

 

155 mm-lik çaplı atilleriya sistemi daha əvvəl İraqda İŞİD-ə qarşı mübarizə çərçivəsində istifadə edilib. Sistem 40 kilometrə qədər məsafədəki hədəfləri dəqiqliklə vura bilir. Artilleriya qurğusu dəqiqədə 6-8 sursat atmağa qadirdir.

 

“Ouest-France” qəzetinin yazdığına görə, Fransa ordusu Ukraynaya öz inventarından 12 ədəd "Sezar" sistemi çatdıracaq.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək