Modern.az

Şarl Mişel Paşinyanla danışıqlar apardı

Şarl Mişel Paşinyanla danışıqlar apardı

22 Aprel 2022, 18:25

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, tviter hesabında bildirib.

 

"Baş nazir Nikol Paşinyanla Cənubi Qafqazın sabit, dinc və firavan gələcəyinə doğru irəliləmək üçün gələcək işlərin perspektivlərini müzakirə etdim",  - deyə Mişel vurğulayıb.

 

O, həmçinin qeyd edib ki, Avropa İttifaq Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləməyə sadiqdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək