Bakıda Avronest Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsi üzvilərinin iclası başlanıb. İclasda Avropa parlamentinin deputatları və Avropa Birliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Roland Kobia iştirak edib.
İclasını giriş sözü ilə Enerji Təhlükəsizlik Komitəsinin həmsədri, millət vəkili Fuad Muradov açaraq qonaqları salamlayıb. Bundan sonra komitə öz iclasına başlayıb. İclasda Avropa Birliyinə daxil olan 10-a yaxın deputat iştirak edib. Onların içərisində Avropanın müxtəlif ölkələrindən olan deputatlar var. Hazırda iclas davam edir.