Modern.az

Vahid Ələkbərov istefa səbəbini AÇIQLADI

Vahid Ələkbərov istefa səbəbini AÇIQLADI

22 Aprel 2022, 20:36

Rusiyanın “Lukoyl” şirkətinin prezidenti və Direktorlar Şurasının üzvü vəzifəsindən ayrılan Vahid Ələkbərov istefasının səbəbini açıqlayıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan əsilli iş adamı bu barədə “Rossiya-24” telekanalına müsahibəsində danışıb.

 

"Britaniya və Avstraliyanın mənə qarşı sanksiyaları şirkətin inkişafına mane olur. Sanksiyalar şirkətə deyil, şəxsən mənə aiddir. Ona görə də şirkətin fəaliyyətindən uzaqlaşmaq qərarına gəldim", - deyə V.Ələkbərov bildirib.

 

O deyib ki, Rusiyanı tərk etməyi planlaşdırmır və sosial layihələrlə məşğul olmağa davam edəcək. 

 

Qeyd edək ki, ötən gün Azərbaycan əsilli rusiyalı iş adamı, milyarder Vahid Ələkbərov “Lukoyl” şirkətinin Direktorlar Şurasından və şirkətin rəhbəri vəzifəsindən ayrılıb. Onun yerinə 20 ildən artıq "Lukoyl"da çalışan birinci icraçı vitse-prezident Vadim Vorobyov təyin edilib.

 

Vahid Ələkbərov şirkətdə 29 il işləyib. O, 1993-cü ildə “Lukoyl”un prezidenti və İdarə Heyətinin sədri seçilib.

 

Ukraynadakı müharibə səbəbindən Rusiya milyarderləri arasında ən çox itki verən iş adamı Vahid Ələkbərov olub. O, bu il 14 milyard dollar, yəni sərvətinin 60 faizini itirib. “Bloomberg”in qiymətləndirməsinə əsasən, hazırda Vahid Ələkbərovun sərvəti 8,8 milyard dollardır. Azərbaycan əsilli iş adamı müharibənin dayandırılması üçün dəfələrlə Rusiya rəhbərliyinə müraciət edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək