“Moskva” raket kreyserinin batması nəticəsində Rusiya ordusunun bir hərbçsi ölüb, 27 ekipaj üzvü itkin düşmüş sayılır.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Kreyserdən 396 nəfər təxliyə edilib, onlar Sevastopola aparılıb.
Xatırladaq ki, Rusiyanın Qara dənizdəki "Moskva" raket kreyseri aprelin 13-də batıb. Rusiya kreyserin sursatların partlaması nəticəsində batdığını, Ukrayna tərəfi isə onu "Neptun" raketləri ilə vurduğunu açıqlayıb. Lakin bir çox ekspertlər isə “Moskva”nın Böyük Britaniyanın Kiyevə verdiyi "Harpoon" raketləri ilə məhv edildiyini deyiblər.
İlk adı “Slava” olan raket kreyserinin əsası 1976-cı ildə Nikolayev şəhərindəki gəmiqayırma zavodunda qoyulub. "Moskva" kreyserinin uzunluğu 186,5 metr, eni 20,8 metr, hündürlüyü 42,5 metr, su tutumu 11490 ton idi. Gəmi 1983-cü ilin yanvarında istifadəyə verilib. Bu gəmi Rusiyanın Qara dənizdəki flaqmanı sayılırdı.