Kanada hökuməti Ukraynanı ağır artilleriya ilə təmin edib.
Modern.az xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.
Ukraynaya göndərilən silahların 155 millimetrlik M777 artilleriya qurğuları olduğu bildirilib. Qeyd olunan artilleriya silahları 30 kilometr məsafədə hədəfləri məhv etmək üçün nəzərdə tutulub.
Akif İsmayılov