İraqda keçirilən əməliyyat zamanı Türkiyə ordusunun daha bir hərbi qulluqçusu şəhid olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, "Pençe-Kilit" əməliyyatında iştirak edən leytenant Bəkir Can Kerek həlak olub.
Bundan əvvəl nazirlik daha bir hərbçinin həlak olduğunu açıqlamışdı.
Akif İsmayılov