Modern.az

Bakıda olay - Oğurluq etdiyi şəxsi maşınla sürüdü

Bakıda olay - Oğurluq etdiyi şəxsi maşınla sürüdü

23 Aprel 2022, 10:10

Bakıda qarət etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aprelin 22-də Q.Qarayev prospektində paytaxt sakini O.Həsənovun mobil telefonunu alan şəxsin “Hyundai” markalı avtomobili ilə qaçarkən onu sürüməsi barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mehdiyev müəyyən edilərək saxlanılıb.

 

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?