Modern.az

Ukraynada 21 600-ə yaxın rus hərbçisi öldürülüb

Ukraynada 21 600-ə yaxın rus hərbçisi öldürülüb

23 Aprel 2022, 11:50

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikaların sayı məlum olub.

 

Modern.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, döyüşlər nəticəsində Rusiyanın 21 600-ə yaxın hərbçisi zərərsizləşdirilib.

 

Bundan başqa, Rusiyanın 854 ədəd tankı, 2 205 ədəd zirehli döyüş maşını, 403 ədəd artilleriya sistemi, 143 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 177 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 543 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 182 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

 

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək