Modern.az

Ağ evin saytındakı petisiyaya nə qədər səs toplanıb?

Ağ evin saytındakı petisiyaya nə qədər səs toplanıb?

Təhsil

12 Fevral 2013, 12:24

Xocalı soyqırımın dünya çapında tanıdılması üçün Ağ evin rəsmi verb səhifəsində yerləşdirilən petisiyanı imzalayanların sayı 93 mini ötüb. Petisiyanın müzakirəyə çıxarılması üçün yanlız 7 min səsə ehtiyac var. Səsvermə  bu ilin fevralın 25-ə qədər davam edəcək və petisiyanın uğurla başa çatması üçün 100,000 adamın səs verməsi lazımdır.

Qeyd edək ki, Ağ Evin saytında yer alan “Biz xalqıq” (We the People) bölməsində yerləşdirilmiş petisiya yanvarın 25-də yerləşdirilib. Kampaniyanın əsas məqsədi Xocalı qoyqırımının tanıdılması, dünya ictimaiyyətinin ermənilərin törətdiyi qətliamdan xəbərdar olmasıdır.

Kampaniyada iştirak etmək istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

//petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx?utm_source=wh.gov&utm_medium=shorturl&utm_campaign=shorturl

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir