Fransa və Almaniya Avropa İttifaqının (Aİ) sanksiyalarına baxmayaraq, 2015-2020-ci illər arasında Rusiyaya silah satmağa davam edib.
Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti Aİ sənədlərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Fransa və Almaniya 2015-2020-ci illər arasında Rusiyaya 273 milyon avroluq silah satıb. Bu silahlar hazırda Ukraynanın işğalında istifadə olunur.
Aİ ölkələrinin Rusiyaya satdığı hərbi texnikaya bombalar, raketlər və digər silahlar daxildir. 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra Aİ-nin tətbiq etdiyi sanksiyalara rəğmən, satışların davam etdiyi bildirilir.
Aİ Komissiyasının hesabatına görə, təşkilatın ən azı 10 üzvü sanksiyaları pozaraq Rusiyaya 350 milyon avro dəyərində silah satıb. Bu satışların 78%-i Fransa və Almaniya müdafiə sənayesi şirkətlərinin payına düşür.
Berlin rəsmiləri qeyd edib ki, silahlar "yalnız mülki məqsədlər üçün" istifadə etmək öhdəliyi ilə təchiz edilib.
Akif İsmayılov