Nigeriyada gizli neft ticarəti ilə məşğul olan bazada partlayış baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 100-ə yaxın adam ölüb. Hadisənin kim tərəfindən törədildiyi hələlik bilinmir.