Modern.az

“Patriot” sistemlərini bu şərtlərlə ala bilərik - Çavuşoğlu

“Patriot” sistemlərini bu şərtlərlə ala bilərik - Çavuşoğlu

23 Aprel 2022, 21:16

ABŞ Türkiyənin Rusiyada S-400 zenit-raket komplekslərini almasından sonra yaranmış vəziyyəti həll etmək istəyir. 

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

"Onlar S-400-lə bağlı problemi həll etmək üçün fürsət tapmaq istəyirlər, biz onlara deyirik, gəlin, indidən həll edək. Bu artıq alınmış məhsuldur, görək bundan sonra nə edə bilərik. Biz dedik ki, əgər "Patriot" haqqında təklif bizi qane etsə və zəmanətlər verilsə, biz bu hava hücumundan müdafiə sistemini ala bilərik. ABŞ-ın bizə yeni bir təkliflə gəlməsini gözləyirik”, - deyə XİN başçısı qeyd edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək