Modern.az

ABŞ müttəfiqlərini Ukraynaya görə bir yerə TOPLAYIR

ABŞ müttəfiqlərini Ukraynaya görə bir yerə TOPLAYIR

23 Aprel 2022, 21:54

ABŞ 40 müttəfiqini Ukraynanın uzunmüddətli təhlükəsizlik ehtiyaclarını müzakirə etmək üçün gələn həftə Almaniyada görüşməyə dəvət edib.

Modern.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, NATO-ya daxil olmayan 20 ölkənin müdafiə nazirləri və yüksək rütbəli generalları ABŞ-ın dəvətini qəbul edib.

Görüş Almaniyada ABŞ-ın nəzarətindəki Rammstein aviabazasında keçiriləcək.

Akif İsmayılov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək