Fransada prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı ilk "exit-poll" nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, nəticələrə əsasən, hazırki prezident Emmanuel Makron seçkilərə liderlik edir.
Məlumata görə, Makron səslərin 58 faizini, rəqibi Marin Le Pen isə 42%-ni toplaya bilib.
Qeyd edilib ki, Makron Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət etməyi planlaşdırır.