Türkiyənin İstanbul şəhərində zəncirvari qəza baş verib.
Modern.az xəbər verir ki, şəhərin mərkəzi hissəsində yerləşən Sarıyer rayonunda baş verən və təxminən 15 avtomobilin toqquşduğu qəzaya sərnişin avtobusunda yaranan texniki nasazlıq səbəb olub.
Sürücü endikdən sonra hərəkət edən avtobusu 15-dək maşınla toqquşduqdan sonra dayandırmaq mümkün olub. Qəza zamanı bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıb.