Modern.az

Britaniya sanksiyalara görə 8 milyard dollar itirəcək

Britaniya sanksiyalara görə 8 milyard dollar itirəcək

24 Aprel 2022, 23:28

Böyük Britaniya iqtisadiyyatı Rusiyaya qarşı sanksiyalar səbəbindən 6,2 milyard funt sterlinq (7,96 milyard dollar) ziyana düşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti hökumətin hesabatına istinadən yazıb.

 

Nəşr qeyd edib ki, ən çox zərər dəbdəbəli mal istehsalçılarına dəyəcək. Xüsusən, "Bentley" avtomobillərinin, "Aston Martin" və "Burberry" məhsullarının tədarükünün dayanmasından ziyan görüləcək.

 

Hökumət bu şirkətlərin 2030-cu ilə qədər 881,7 milyon funt sterlinq dəyərində olacağını təxmin edir. Kompüter sənayesi 4,1 milyon funt sterlinq, neft ixrac edən şirkətlər isə 6,7 milyon funt sterlinq itirəcək.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək