Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyinin Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş verən yanğında ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Dağıntılar arasından daha 6 cəsəd çıxarılıb. Bununla da yanğında ölənlərin sayı 17 nəfərə çatıb.
Qeyd edək ki, aprelin 21-də baş verən yanğın zamanı 2500 kvadrat metr ərazi yanıb. Xilasedicilər 98 nəfəri təxliyə edib, 54 nəfər xilas olunub.