Modern.az

Rusiyaya qarşı yeni sanksiya paketi HAZIRLANIR

Rusiyaya qarşı yeni sanksiya paketi HAZIRLANIR

25 Aprel 2022, 08:12

Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı altıncı sanksiyalar paketi neft idxalına məhdudiyyəti nəzərdə tutur.

 

Modern.az “Ria Novosti“yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bildirib.

 

“Biz altıncı sanksiyalar paketi üzərində işləyirik. Baxılan məsələlərdən biri də neft embarqosudur. Sanksiya tətbiqi zamanı elə etmək lazımdır ki, Rusiyaya təzyiq artsın, biz isə mümkün qədər az ziyana düşək”,- deyə Dombrovskis vurğulayıb.

 

Sanksiyanın detalları hələ razılaşdırılmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək