Modern.az

390 xarici şirkət Qarabağda çalışmaq üçün müraciət edib

390 xarici şirkət Qarabağda çalışmaq üçün müraciət edib

İqtisadiyyat

25 Aprel 2022, 11:54

Vətən Müharibəsi nəticəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə və Qarabağ bölgəsinin işğaldan azad edilməsi də ölkəmizdə bizneslərin inkişaf üçün əlavə mənbələr açmış oldu. Hamımız üçün bəllidir ki, Qarabağ ərazisi zəngin təbii və faydalı resurslara malik bir yerdir.

 

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən və "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

 

O.Məmmədov deyib ki, regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxarılması böyük perspektivlər vəd edir:

 

"KOBİA tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir. Bu günədək KOBİA-ya təqribən 1100-ə yaxın müraciət daxil olub ki, onların 390-a yaxını xarici şirkətlərdən olan müraciətlərdir".

 

"Sadalanan bu rəqəmlər həm yerli, həm də xarici sahibkarların Qarabağda biznes fəaliyyətinə olan marağını göstərir. Əlbəttə ki, sahibkarların bu sahədə fəallığı bölgənin qısa müddət ərzində bərpasına və inkişafına öz töhfəsini verəcək", - KOBİA sədri deyib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi