Modern.az

Əfv komissiyası toplaşır - Müraciətlərə baxılacaq

Əfv komissiyası toplaşır - Müraciətlərə baxılacaq

25 Aprel 2022, 12:14

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

 

Bu barədə Modern.az-a komissiyanın üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid məlumat verib. O bildirib ki, iclasın sabah keçirilməsi nəzərdə tutulur.

 

Rəşad Məcidin sözlərinə görə, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq və nəticələri haqqında ictimaiyyətə məlumat veriləcək. 

 

28 May Müstəqillik günü münasibəti ilə əfv olub-olmayacağı barədə isə məlumat təsdiqlənməyib. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi