Modern.az

Azərbaycanda 1 milyondan çox sahibkar qeydiyyata alınıb

Azərbaycanda 1 milyondan çox sahibkar qeydiyyata alınıb

25 Aprel 2022, 12:36

Bu günədək Azərbaycanda bir milyondan çox sahibkar və 150 mindən çox hüquqi şəxs qeydiyyata alınıb.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında deyib.

 

Komitə sədri bildirib ki, sahibkarlıq subyektlərinin bu cür artımına Azərbaycan hökumətinin reallaşdırdığı proqramlar və tədbirlər xidmət edib:

 

"2000-ci illərin əvvəlindən Azərbaycanda 650-dən çox istehsalat obyekti yaradılıb. Bu, ümumi daxili məhsulda istehsal və sənayenin payını əhəmiyyətli dərəcədə artırıb".

 

T.Mirkişili bildirib ki, Azərbaycanda biznesin stimullaşdırılması və təşviqi üçün müvafiq proqramlar hazırlanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi