“Hazırda Cənubi Qafqaza dair “3+3” əməkdaşlıq platformasının ikinci iclasına hazırlıq işləri gedir”.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü MDB ölkələri Departamentinin rəhbəri Denis Qonçar bildirib.
“Biz Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında əməkdaşlığın inkişafı üçün “3+3”ün fəal şəkildə cəlb olunmasını düzgün hesab edirik. Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında əməkdaşlıq üçün əlavə imkanlar regionun tranzit potensialının üzə çıxarılması, Cənubi Qafqazda nəqliyyat marşrutlarının bərpası, multimodal daşımaların təşkili ilə bağlıdır. Digər mühüm istiqamətlərdən biri mədəni-humanitar sahədə əməkdaşlıqdır. “3+3” gündəliyi Gürcüstanın maraqlarına tam cavab verir və onun üçün qapılar açıq olaraq qalır”, - deyə XİN rəsmisi vurğulayıb.