Modern.az

Tofiq Zülfüqarov: “Məndən səmimiyyət, şəffaflıq istəməyin” - VİDEO

Tofiq Zülfüqarov: “Məndən səmimiyyət, şəffaflıq istəməyin” - VİDEO

Mədəniyyət

25 Aprel 2022, 15:02

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun ASAN Radio-nun direktoru Emin Musəviyə bağ evində verdiyi qısa müsahibə Tik Tok sosial şəbəkəsində bir gün ərzində yarım milyondan çox baxış qazanmaqla rekorda imza atıb.


Modern.az-ın məlumatına görə, Tofiq Zülfüqarov müsahibə zamanı maraqlı açıqlamalarla diqqət çəkib.

Jurnalistin onu “canlı əfsanə” adlandırmasını qəbul etməyən sabiq nazir Emin Musəvidən təqdimatı yüngülləşdirməyi istəyir.

Günün çox hissəsini Mərdəkandakı bağ evində keçirdiyini söyləyən T.Zülfüqarovun açıqlamasından belə məlum olur ki, eks-nazir şəhərin səs-küyündən uzaq durmağa üstünlük verir.

Videoda sabiq nazirin iti də görüntülənib. Müsahibə T.Zülfüqarovun it saxlamağa həvəsli olduğunu əks etdirib. O qeyd edib ki, hazırda yanında olan “İrmaks” onun 3-cü itidir.

Jurnalistin digər sualına “məndən səmimiyyət, şəffaflıq istəməyin”,- deyə cavab verən sabiq nazir bunu diplomat peşəsilə əlaqələndirib.

T.Zülfüqarov dostları ilə bağlı suala da maraqlı cavab verib.
 

Modern.az həmin videonu təqdim edir:
 

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər