Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "A Haber" telekanalının məlumatında bildirilib.
Bazar günü Türkiyə lideri Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.
"Prezident Rəcəb Tayyib Ərdoğan artıq Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Danışıqlar prosesi zamanı mümkün olan hər cür yardımı göstərməyə və vasitəçilik də daxil olmaqla, lazımi dəstəyi təqdim etməyə hazır olduğunu ifadə edən Ərdoğan, Ankaranın Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsini müsbət qiymətləndirdiyini bildirib. Yaxın vaxtlarda prezident Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında da telefon danışığı gözlənilir”, - xəbərdə deyilir.