Modern.az

Tanınmış naşir baş nazirə açıq məktub YAZDI

Tanınmış naşir baş nazirə açıq məktub YAZDI

Ədəbi̇yyat

25 Aprel 2022, 16:44

“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Baş nazir Əli Əsədova müraciət edib.

Modern.az-ın məlumatına görə, müraciət kitab üzərində hələ də qanunsuz olaraq ƏDV-nin saxlanılması ilə bağlıdır.

Ş.Xuduoğlu bildirib ki, ölkəyə gətirilən hər növ kağız və kitablardan gömrükdə 18 faiz daha çox ödəməyə məcbur olurlar:

“Eləcə də kitab dükanlarında hər satlan kitabın qiymətindən 18 faiz ƏDV ödənilir. Qanuna görə, yanvar ayının 1-dən kitaba aid nə varsa, hər növ kağız və kitab satışı 18 faizdən azad olmalı idi. Göründüyü kimi qanuna əməl edilmir.
Baş nazirdən xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirilsin”.


 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı