Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəklədiyinə görə, Estoniya rusiyalı məşhur müğənni Filip Kirkorovun ölkəyə girişini qadağan edib.
Modern.az xəbər verir ki, bu barədə Estoniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Digər rusiyalı müğənni Polina Qaqarinanın da eyni səbəbə görə ölkəyə girişinə 5 il qadağa qoyulub. Hər iki sənətçinin bu yaxınlarda Estoniyada konserti planlaşdırılırdı.