Modern.az

Ermənistanda casus qalmaqalı - 42 nəfərə cinayət işi açıldı

Ermənistanda casus qalmaqalı - 42 nəfərə cinayət işi açıldı

25 Aprel 2022, 18:28

Ermənistanda 42 nəfərə qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işi açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Məlumatda bildirilib ki, 44 günlük müharibədən əvvəl bir qrup erməni hərbçi dövlət sirlərinı xarici kəşfiyyat xidmətlərinə ötürüb. Onlar sentyabrın 27-də döyüş əməliyyatlarının başlanması ilə bağlı dəqiq məlumata malik olublar və bölmələr, texnika, silahlar, qərargahlar, sursat anbarları, bölmələrin döyüş tapşırıqları və s. məlumatları xarici xüsusi xidmət orqanlarına ötürüblər.

 

Qeyd olunub ki, 42 nəfər barəsində dövlətə xəyanət ittihamı ilə cinayət işi başlanıb, onlardan 24-ü həbs olunub.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək