Modern.az

Rusiya Ukraynanın 2 şəhərini vurdu - Ölənlər var

Rusiya Ukraynanın 2 şəhərini vurdu - Ölənlər var

25 Aprel 2022, 18:36

Rusiya ordusu Ukraynanın mərkəzində yerləşən Vinnitsa vilayətinin Jmerınka və Kazatin şəhərlərini raket atəşinə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Vinnitsa Regional Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

 

Zərbələr nəticəsində 5 nəfər həlak olub, 18 nəfər yaralanıb.

 

Bildirilib ki, raketlər şəhərlərin yaxınlığındakı nəqliyyat infrastrukturunu hədəf alıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək