Modern.az

Ermənistanda etirazlar - 11 nəfər saxlanıldı, yaralılar var

Ermənistanda etirazlar - 11 nəfər saxlanıldı, yaralılar var

25 Aprel 2022, 19:16

Ermənistanın paytaxtı İrəvanda müxalif siyasi qüvvələr hakim “Vətəndaş müqaviləsi” partiyasının binası yaxınlığında etiraz aksiyası keçirib.

 

Modern.az "Sputnik Armenia" nəşrinə istinadən xəbər verir ki, etiraz aksiyası zamanı azı 11 nəfər saxlanılıb.

 

Polislə etirazçılar arasında baş verən toqquşma zamanı 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.

 

Qeyd edək ki, aprelin 25-də Ermənistan parlamentinin “Hayastan” bloku İrəvanda etiraz aksiyaları keçirməyə başlayıb. Ardınca Ermənistanın paytaxtında yürüşlər və piketlər təşkil olunub.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək