Modern.az

“Baydenin açıqlamasına əhəmiyyət vermirik” - Ərdoğan

“Baydenin açıqlamasına əhəmiyyət vermirik” - Ərdoğan

25 Aprel 2022, 20:14

“Ermənilərin törətdiyi vəhşiliklər hələ də yadımızdadır.”

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Türkiyə lideri qeyd edib ki, Anadoluda həyatını itirən müsəlmanlar ölən ermənilərin sayından daha çox olub.

 

"Tarixçilərin müzakirə etməli olduğu mövzuların siyasətçilərin təbliğat alətlərinə çevrilməsini qəbul etmirik. Bəzilərinin tanıdığı erməni iddialarının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Baydenin açıqlamalarını da belə qiymətləndirir və ona əhəmiyyət belə vermək istəmirik", - deyə Ərdoğan ABŞ Prezidenti Co Baydenin qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatına cavab verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək