ABŞ Prezidenti Co Bayden Emmanuel Makronla Fransanın yenidən prezidenti seçilməsi münasibətilə telefon əlaqəsi saxlamağa çalışıb, lakin həmkarını tapa bilməyib.
Modern.az xəbər verir ki, bu barədə Bayden jurnalistlərə açıqlamasında deyib.
“Dünən gecə Makronla danışmağa çalışdım. İşçiləri ilə danışdım. Makronun Eyfel qülləsi ətrafında olduğunu dedilər. Onunla bu gün danışmağa çalışacağam”, - deyə Bayden Makronu təbrik edə bilmədiyini söyləyib.
Qeyd edək ki, ötən gün Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Hazırki dövlət başçısı Emmanuel Makron rəqibi Le Penə qalib gələrək, növbəti dəfə prezident seçilib.