Modern.az

Ruslar Xerson Şəhər Şurasını ələ keçirib

Ruslar Xerson Şəhər Şurasını ələ keçirib

25 Aprel 2022, 23:20

Rusiya hərbçiləri Xerson şəhər meriyasının binasını ələ keçiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə Xerson şəhərinin meri İqor Kolıxayev məlumat yayıb.

 

“Silahlı şəxslər Xerson Şəhər Şurasının binasına daxil olublar”, - mer bildirib. O yerli vaxtla saat 19:45-də binanı tərk edib. Həmin vaxt Ukrayna bayrağı meriyanın binasının üzərində olub.

 

Binanı ələ keçirən rus hərbçilər oradan Ukrayna bayrağını götürüb, işçilərdən meriyanı tərk etmələrini tələb ediblər. 

 

Qeyd olunub ki, sabahdan etibarən Xerson Şəhər Şurası fəaliyyət göstərməyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək