Böyük Britaniyanın MBDA şirkəti Polşaya raketlər və hava hücumundan müdafiə sistemləri tədarük edəcək.
Modern.az xəbər verir ki, bu barədə Polşa Silah Qrupu (PGZ) məlumat yayıb.
Müqavilə çərçivəsində Polşaya "Narew" raket sistemləri satılacaq.
Qeyd olunub ki, saziş MBDA tərəfindən istehsal olunan buraxılış qurğuları və radar stansiyasının Polşa müdafiə sənayesi tərəfindən istehsal olunan rabitə və idarəetmə sistemi ilə inteqrasiyası prosesinə imkan verəcək.
Akif İsmayılov