ABŞ-ın İndiana ştatının Lafayet şəhərində şənlik zamanı atışma olub. Hadisə nəticəsində azı iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə yerli polis departamenti məlumat yayıb.
Şənlikdə 100-dən artıq insan iştirak edib. Hadisə şahidlərinin sözlərinə görə, şənlikdə naməlum şəxslər tərəfindən qonaqlara atəş açılıb. Ölən şəxslərin 29 və 34 yaşlı sakinlər olduğu deyilir.
Cinayətin detalları məlum deyil. Hadisəni törədən şəxslərin kimliyi hələlik bilinmir. Polis faktla əlaqədar cinayət işi açaraq, axtarışlara başlayıb.