ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
Onun sözlərinə görə, ABŞ-ın məhdudlaşdırıcı tədbirlərindən qorunacaq şəxslər yoxdur.
“Biz artıq prezident Putinə, eləcə də onun qızlarına, ən yaxın adamlarına qarşı sanksiyalar tətbiq etmişik. Əlavə icmal aparmağa davam edəcəyik. Yəqin ki, başqa bir şey edəcəyik”, - deyən Psaki yeni sanksiyaların anonsunu verib.