Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Zərdab şəhərində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 280 kv.m olan birmərtəbəli Gigiyena və Epidemiologiya Mərkəzinin dərman perepatları saxlanılan 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az