Modern.az

İran mediası da Əkrəm Əylislinin romanından yazdı

İran mediası da Əkrəm Əylislinin romanından yazdı

Təhsil

13 Fevral 2013, 10:23

İranın “Mehr” Xəbər Agentliyi Əkrəm Əylislinin “Daş yuxular” romanı barədə yazıb. Modern.az bildirir ki, xəbər agentliyinin dərc etdiyi məlumata “Azərbaycan dövlətinin  yazıçının başına gətirdiyi bəlalar” başlığı verilib.
Xəbərdə müəllifin həyat və yaradıcılığı barədə məlumatlar, romanın nəşrindən sonra onun və ailəsinin başına gələnlərdən yazılıb.

Roman barədə müəllifin fikirlərindən sitatlar gətirilib. “Romanın əsas məqsədi azərbaycanlıların və ermənilərin bir-birləri ilə sülh və dostluq şəraitində yaşamasıdır. Romanın siyasətlə əlaqəsi yoxdur”-deyə Ə.Əylisliyə istinad edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir