Modern.az

Motosikletçini döyən məmur işdən AZAD OLUNACAQ?

Motosikletçini döyən məmur işdən AZAD OLUNACAQ?

26 Aprel 2022, 10:44

Sosial şəbəkələrdə motosiklet sürücüsünü döyüb təhqir edən, 10 VX 707 nömrəli “Lexus” avtomobilinin sahibi, 1959-cu il təvəllüdlü məmur Sultan Dadaşovun yaxından çəkilmiş fotosu yayılıb.

Modern.az-ın məlumatına görə, Sultan Dadaşovla bağlı yayılan məlumatlarda onun Prezident Administrasiyasının İşlər İdarəsinin əməkdaşı olduğu bildirilir.

O da qeyd olunur ki, Sultan Tofiq oğlu Dadaşov həm də "ARPİA" adlı Mənzil Tikinti Kooperativinin sahibidir.

Xatırladaq ki, Sultan Dadaşov ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törətməklə gündəmə gəlib. Hadisəni əks etdirən video sosial şəbəkələrdə böyük rezonans doğurub, geniş ictimai müzakirələrə səbəb olub.

İctimaiyyət törətdiyi xuliqanlıq əməlindən sonra onun tutduğu vəzifədən azad olunacağını gözləyir. 

Hələlik olaya yalınız Daxili İşlər Nazirliyi rəsmi reaksiya bildirib və araşdırmadan sonra geniş açıqlama veriləcək.
 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu